“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib. Bu barədə SİA-ya Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
“Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən görüşdə işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində görülən işlərdən danışılıb, təqdimat edilib.
Bundan başqa görüşdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığının təşkili və Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə