Əməyin Mühafizəsi Fondundan Əməyin Mühafizəsi Mərkəzinin saxlanılmasına vəsait ayrılacaq
Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsinə dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Fondun vəsaitindən istifadə ediləcək istiqamətlər artırılıb.
Belə ki, Fondun vəsaitindən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin saxlanma xərcləri və fəaliyyətinin maliyyələşdirilməsinə də yönəldiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə