Qarlı havada nəqliyyat qəzalarından necə qorunmaq lazımdır? - EKSPERT FİKRİ

"Qarlı havalarda nəqliyyat qəzalarından qorunmaq üçün insanlar çalışmalıdırlar ki, öz şəxsi avtomobillərindən az istifadə etsinlər. Lakin insanlar yenə də şəxsi avtomobillərdən istifadə edirlərsə o zaman avtomobilin sazlığından əmin olmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, qarlı havada nəqliyyat hadisələrindən qorunmaq üçün bunlara əməl etmək lazımdır. "Səfərə getməmişdən öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət etmək lazımdır. Qışlıq təkər ehtiyatı görülməlidir. Sürət məhdudiyyətinə əməl etməli, ara məsafəsinə diqqət etməli, gerisi isə artıq hər bir sürücünün peşəkarlığından asılıdır. Şaxtalı havada daha məsləhətli budur ki, fərdi nəqliyyatla səfərləri az təşkil etsinlər. Müəyyən bölgələr var ki digər yerlərə baxanda vəziyyət kritik olur. Ona görə də alternativ yollardan və ya ictimai nəqliyyatdan bacardıqca istifadə etmək tövsiyyə olunur".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə