Mingəçevir su anbarında batan şəxslərin axtarışı davam etdirillir

Mingəçevir su anbarında batan şəxslərin axtarışı davam etdirillir

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə