Bu il Azərbaycanda 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu il paytaxt və bölgələrdə 150 əmək yarmarkasının həyata keçirilməsini nəzərdə tutub. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, İsmayıllı, Şamaxı, Cəbrayıl, İmişli, Laçın, Ağstafa, Cəlilabad, Yevlax, Bərdə, Siyəzən, Saatlı, Şəki və s. rayonlarda 20 yarmarka artıq təşkil olunub.

Qeyd edək ki, ötən il keçirilən 147 əmək yarmarkasında 1 800 müəssisədən 15,7 min vakansiya təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə