Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı havanın olması istisna edilmir
Növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi gözlənilir. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:
“Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olması istisna olunmur. Amma bu hələ tam dəqiq məlumat deyil, çünki dəqiq proqnoz üç gün əvvəldən verilsə özünü doğruldur”.
Bütün xəbərlər Facebook səhifəmizdə