13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Son bir ildə əlilliyi olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi onlardan 10,9 min şəxsi münasib işlərlə təmin edib.

Həmçinin ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar.

Eyni zamanda agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə