24 saylı Nizami birinci seçki dairəsində bələdiyyə seçkiləri ilə bağlı treninqlər - FOTOLAR
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Nizami birinci dairə seçki komissiyasının seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. SİA xəbər verir ki, treninqdə çıxış edən 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Fəridə Rzayeva bələdiyyə seçkilərində şəffaflığın və aşkarlığın təminatı üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını, onların zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib.
O bildirib ki, təlimlərin keçirilməsində məqsəd seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkil olunması qaydası, seçki günü müşahidəçilərin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı məlumatlar verilib.
Fəridə Rzayeva seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını deyib. Bildirib ki, sağlamlıq imkanları məhdud seçicilər üçün məntəqələrdə panduslar quraşdırılıb. Diqqətə çatdırılıb ki, dairədəki seçki məntəqələrinin sayı 36, seçicilərin sayı isə 49 min nəfərdən çoxdur. O vurğulayıb ki, ilk dəfə səs verənlərin sayı 630, seçki günü 18 yaşı tamam olan seçicilərin sayı isə 3 nəfərdir.
Dairə seçki komissiyasının sədri, həmçinin müxtəlif siyasi bloklardan olan 371 nəfərin qeydiyyatdan keçdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə