84 sayli Füzuli Seçki Dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. 19, 21, 23 yanvar tarixlərini əhatə etməklə hər gün iki treninqin keçirilməsi nəzərdə tutulub. Dairə Seçki Komissiyasından SİA-ya bildirilib ki, treninqlər seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, bələdiyyə seçkiləri 47 seçki məntəqəsi üzrə keçiriləcək. Ümumilikdə 149 namizəd qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə