Yasamal rayonu üzrə bələdiyyə seçkilərində 37 nəfər namizədliyini irəli sürüb - FOTOLAR

15 saylı Yasamal birinci seçki dairəsi üzrə ümumilikdə 50 min 93 seçici qeydiyyata alınıb. Onlar 38 məntəqədə səs verəcəkər. Seçicilərdən 365 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Yasamal rayonu üzrə bələdiyyə seçkilərində 37 nəfər namizədliyini irəli sürüb. SİA xəbər verir ki, bunu 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Cumar İsayev deyib.

C.İsayev bildirib ki, dairə bələdiyyə seçkilərinin uğurlu keçirilməsi üçün tam hazırdır: “Məntəqələr lazımi vəsait və avadanlıqlarla tam təmin olunub. Hazırda məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. Bu gündən başlayan və üç gün davam edəcək treninqlərdə 224 nəfərin iştirakı gözlənilir".

Qeyd edək ki, treninqlərdə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, əlavə seçici siyahıları, seçki otağının təşkili qaydaları, müəyyənləşdirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət edilməsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə məlumat verilir.

Qeyd edək ki, treninqlər 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə