Rəşad Məcid xalq artistinin qəzetdən hazırlanmış geyiminə MÜNASİBƏT BİLDİRDİ - AÇIQLAMA

Xalq artisti Tünzalə Ağayevanın şəxsi "İnstagram” hesabında etdiyi sonuncu paylaşım böyük müzakirələrə səbəb olub. Belə ki, pop ulduz bu dəfə qəzətdən hazırlanan plaşla kamera qarşısısına keçib. O, bu addımı ilə media nümayəndələrinə öz təşəkkürünü bildirib.

Estrada ulduzu paylaşımına belə şərh verib: "24 illik sənət və yaradıcılığım haqqında yazılanları artıq trençimin üzərində daşıyacağam. Bu jurnalist dostlarıma vəfa ve sevgi jesti olsun” deyə qeyd edib.

SİA mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin fikirlərini öyrənib.

O bildirib ki, Tünzalə xanım yaradıcılığında fərqli addımları ilə orijinal görünmək istəyib və görünüb: “O istedadlı bir insandır. Mətbuata da haqqında yazılan müsbət yazılara görə öz ehtiramını bildirir.

Mənə elə gəlir ki, hər fürsətdə qəzetin təbliği lazımdır. Xalq artistinin də bu addımı hazırda unudulmaqda olan kağız qəzetə diqqət yönəldir. Bu baxımdan əslində qəzetə qarşı hörmətsizliyi zaman və informasiya texnologiyaları edir. Milyonlarla insanın sevimli informasiya mənbəyi olan qəzet artıq yazılı formadan digərinə keçir. Hərdən hansısa məşhurun əlində qəzet görəndə bu çox təəccüb və sevinclə qarşılanır. Düşünürəm ki, xalq artistinin bu addımı qəzetə qarşı ehtiramın nümunəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə