2019-cü ildən indiyədək 622 uşaq övladlığa verilib

1 noyabr 2019-cu ildən bu günədək 622 uşaq övladlığa verilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib

Qeyd edilib ki, onlardan 310-u oğlan, 312-si qızdır.

Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir.

Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə