"Uşağınızı həddindən artıq nəzarət altında saxlamayın" - PSİXOLOQ İZAH ETDİ

"Uşağın inkişafında valideynlərin uşaqlarına yanaşma tərzi onların gələcək həyatlarının əsasını təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq Nərgiz Gözəlova deyib.

Psixoloq bildirib ki, fərqli xüsusiyyətlərə malik olan valideynlik tərzləri sizin uşaq böyütməkdə hansı rol oynadığınızın ən böyük göstəricisidir: "Avtoritar valideynlik tərzini mənimsəməklə, ciddi qaydalarla uşaqlarımızı sosial mediadan uzaq tutmaqla və cəzalandırıcı münasibətlə onları qorumaqdan daha çox zərər verə bilərik.

Uşağın inkişafında mühüm anlayış olan pozitiv valideynlik, uşaqlara onlardan nə gözlənildiyini sevgi və hörmətlə izah etmək deməkdir. Övladımıza sevgi və qarşılıqlı hörmət, onun şəxsiyyətinə xələl gətirməyən münasibət sərgilədikdə daha uğurlu nəticələr əldə etmək mümkündür. Sosial medianın zərərlərini izah etsək və onun nəticələrinin onların şəxsi inkişafına mənfi təsir göstərə biləcəyini hörmətlə vurğulasaq, uşaqlarımız daha şüurlu sosial media istifadəçisi ola bilərlər.Sosial media istifadəsini nəzarətli şəkildə faydalı sahəyə çevirmək mümkündür".

"Uşağınızla sağlam qarşılıqlı ünsiyyət qurun. Birlikdə boş vaxt fəaliyyətlərini də nəzərdən keçirin. Özünü tənha hiss edən və boş vaxtlarını ailəsi ilə keçirmək imkanı olmayan uşaqlar həddindən artıq internet və sosial mediadan istifadə edirlər. Uşaqlarla mübahisə təşkil edən valideynlik rəftarları da uşağın həddindən artıq sosial mediadan istifadə etməsinə və onları zorakılıq da daxil olmaqla bir çox şifahi və davranış məzmununa məruz qoymasına səbəb olacaqdır.

* Uşağınızı hər zaman həddindən artıq nəzarət altında saxlamayın. Həddindən artıq qoruyucu ailələrdə böyüyən uşaqlarda özgüvənsiz, asılı, inadkar, utancaq və qorxaq şəxsiyyətlər formalaşır. Bu kimlik onların sosial medianın mənfi cəhətlərini daha tez qəbul etmələrinə və sosial mediada özlərinə aid olmayan başqa bir kimlik formalaşdırmasına səbəb olacaq.

* Valideynlərin uşağın həyatında qətiyyətli və ardıcıl davranışları uşağa güvən hissi verir. Ata uşağa mənfi sosial mediadan istifadə etməyə icazə verərsə, ananın qadağan etməsi nəticəsində uşaq balanssız və sağlam düşünməyən uşaq olaraq böyüyəcəkdir.

* Valideynləri laqeyd və passiv münasibət bəsləyən uşaqlar özlərini dəyərsiz görməyə meyllidirlər və diqqəti cəlb etmək üçün müxtəlif davranışlar göstərə bilərlər. Bu uşaqlar sosial mediada fərqlənmək üçün lazım olan hər vasitədən istifadə edəcəklər.

* Həddindən artıq tənqid olunduğu, əgər varsa bacı-qardaşları yanında alçaldıldığı, nə etsə də həmişə günahkar və uğursuz göründüyü bir ailə mühitində böyüyən uşaqlar da oxşar reaksiyalar göstərəcək və sosial mediadan həddindən artıq istifadə edəcəklər. Nəticədə neqativlərə məruz qalır və gələcəkdə necə şəxsiyyət olacaqlarını müəyyənləşdirirlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə