Almaniya kansleri Olaf Şolts növbəti dəfə uçuş məsafəsi 500 km-yə yaxın olan “Taurus” qanadlı raketlərinin Kiyevə verilməyəcəyini bildirib. SİA xəbər verir ki, kansler bu barədə Branderburq federal torpağında, Niderqörsdorf icmasında yerli sakinlərlə görüşündə deyib.
“Çoxları mənə təzyiq edir, lakin Moskvaya çata bilən qanadlı raketləri Ukraynaya tədarük etməyəcəyəm. Burada elan edirəm: Bu mövqeyimdən geri çəkilən deyiləm”, - deyə kansler bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə