Paşinyan ABŞ-la münasibətlərin inkişaf etdiyini açıqlayıb

…Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-la münasibətlərin inkişafından və Vaşinqtonun dəstəyinin vacibliyindən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq mesaj respublika hökumətinin “Facebook” səhifəsində dərc edilib.

Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hak ilə görüşdə bəyanat verib.

Siyasətçi Ermənistan-Amerika münasibətlərinin dinamik xarakterini və institusional islahatların həyata keçirilməsində Vaşinqtonun dəstəyinin vacibliyini vurğulayıb.

...Paşinyan ABŞ-ın köməyi ilə Ermənistanda məqsədyönlü proqramların həyata keçirilməsinin zəruriliyini bəyan edib.

Bunu Ermənistan hökumətinin mətbuat xidməti vurğulayıb. Öz növbəsində Hak Vaşinqtonun ölkədə demokratik islahatların təşviqində yardımı davam etdirməyə hazır olduğunu bəyan edib.

Bundan əvvəl Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycanla sülh müqaviləsini müzakirə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə