"Real" tibbi heyətindən yaxşı informasiya alır. SİA xəbər verir ki, yarımmüdafiə xəttində ciddi itkilərlə üzləşən Madrid klubunda zədəli futbolçulardan biri sağalmaq üzrədir. Söhbət UEFA Superkuboku matçında zədələnən və o vaxtdan bəri oynamayan Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqadır.
"Marca"nın məlumatına görə, yarımmüdafiəçinin sağalma prosesi sürətlənib. Həkimlər onun "Atletiko" ilə oyun üçün meydana qayıdacağına ümid edir.
Qeyd edək ki, Madrid derbisi sentyabrın 29-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə