...Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın nüvə müharibəsi istəmədiyini və “qırmızı düymə”nin nə vaxt basılması barədə danışmağın yersiz hesab etdiyini bildirib. ...Biz qırmızı xətlərdən danışırıq, bizim qiymətləndirmələrimizin və bəyanatlarımızın ağıllı, qərar verən insanlar tərəfindən eşidiləcəyinə ümid edirik. Heç kim nüvə müharibəsi istəmir.
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı diplomat bunu “Sky News Arabia” telekanalına müsahibəsində deyib.
...Eyni zamanda o, Rusiyanın Ukrayna rejiminin sahibləri üçün ciddi nəticələrə səbəb olacaq silahlara malik olduğunu vurğulayıb. Bu silahlar tam döyüş hazırlığı vəziyyətindədir.
Bunu Sergey Lavrov bildirib.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər ABŞ və Böyük Britaniyanın yaxın həftələrdə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəyə özəl razılıq verəcəyi iddiası ilə bağlı məlumatlar dərc etmişdi.
Bundan əlavə, “The Times” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Kiyevin Rusiyaya uzaqmənzilli raketlərlə hücumuna icazə verilməsi münaqişənin genişlənməsinə səbəb olmayacaq.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin əvvəllər dəfələrlə “qırmızı xətləri” qeyd edib, lakin bu, vəziyyətin daha da gərginləşməsinə səbəb olmayıb.
Stoltenberqin sözlərinə görə, Putin başa düşür ki, NATO dünyanın ən güclü hərbi ittifaqıdır və nüvə müharibəsində qalib olmayacaq.
Yeri gəlmişkən, ötən gün Lavrov NATO-nu kosmik kəşfiyyat məlumatlarını Ukraynaya ötürməkdə ittiham edib. Uzaqmənzilli silahların tədarükü ilə bağlı məlumatlara əlavə olaraq, alyans ölkələri Rusiyanın dərinliklərindəki hədəfləri müəyyən etmək və məhv etmək üçün öz hərbi-kosmik kəşfiyyat məlumatlarını Kiyevlə bölüşürlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə