Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı "Həyat cədvəlləri 2021-2023" statistik məlumatlarına görə ...

Türkiyədə doğuş sonrası təxmin edilən orta ömür müddəti 77,3 il olaraq hesablanıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı "Həyat cədvəlləri 2021-2023" məlumatlarına görə, ölkə üzrə hesablanan ümumi yaş həddi 77,3 il olaraq müəyyən edilib. Bu rəqəm 2020-2022 dövrü üçün 77,5 il idi.

Orta ömür kişilərdə 74,7 il, qadınlarda isə 80 il olaraq təyin edilib. Ümumiyyətlə, qadınlar kişilərdən daha çox yaşarkən, doğuş sonrası gözlənilən ömür fərqi 5,3 ildir.

Əmək qabiliyyətli yaşın başlanğıcı hesab edilən 15 yaşındakı şəxslərin orta hesabla ömür müddəti 63,5 il olub. Bu zaman aralığı kişilər üçün 60,9, qadınlar üçünsə 66,1 il təşkil edir.

Türkiyədə 30 yaşındakı bir şəxs üçün orta yaş 49,1 il olaraq hesablanıb. Bu rəqəm kişilər üçün 46,6, qadınlar üçünsə 51,5 ildir. Bu yaşda qadın və kişi arasında gözlənilən ömür fərqi 4,9 il olaraq qeyd edilib.

Ümumilikdə 50 yaşındakı bir şəxsin qalan ömür müddəti orta hesabla 30,1 il olub. Bu rəqəm kişilərdə 27,8, qadınlarda isə 32,3 ildir.

Türkiyədə 65 yaşındakı şəxslərin qalan ömür müddəti orta hesabla 17,4 il olub. Bu müddət kişilər üçün 15,7, qadınlar üçünsə 19 il təşkil edir. 65 yaşındakı qadınların kişilərdən orta hesabla 3,3 il daha uzun yaşaması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə