Norveçdə tam elektrikli avtomobillərin sayı...

Norveç Yol Federasiyasının (OFV) verdiyi məlumata görə ...

Tam elektrikli avtomobillərin sayı Norveçdə ilk dəfə olaraq benzinlə işləyən maşınlardan çoxdur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Norveç Yol Federasiyasının (OFV) verdiyi məlumata görə, 16 sentyabr tarixinə qədər ölkədə qeydiyyatda olan 2,8 milyon minik avtomobilinin 754 min 303-ü tam elektrikli, 753 min 905-i isə benzinlə işləyəndir.

Dizel avtomobillərin sayının da azalmağa davam etdiyi bildirilən açıqlamada "Tarixi dəyişim: Norveç yollarında artıq benzinlə işləyən avtomobillərdən daha çox elektrikli maşın var" ifadəsi yer alıb.

OFV-nin direktoru Oyvind Solberq Torsen mövzu ilə bağlı dəyərləndirməsində "Bu, tarixi bir hadisədir. 10 il əvvəl çox az adamın görə biləcəyi bir dönüş nöqtəsidir" deyib.

Hesablamalara görə, 2030-cu ilə qədər Norveçdəki xüsusi (minik) avtomobillərin sayı 3,1 milyona çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə