...Rusiyada yeni səfərbərlik dalğası qaçılmazdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Amerikanın “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin yazdığına görə, könüllülərin “axını” Rusiya ordusunun itkilərini kompensasiya etməyə imkan vermir.
İkinci Dünya Müharibəsindən sonra Rusiya ərazisinə ilk hücumundan ay yarım sonra Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrini öz ərazisindən sıxışdırıb çıxarmaq üçün əks-hücum təşkil edə bilmədiyi Kursk vilayətindəki vəziyyətdən nəzərə çarpır.
Bu arada Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamalarına görə, Rusiyanın cəbhədəki itkiləri könüllülərin axınının sürətini üstələyir. Belə ki, Rusiya ordusu gündə minə yaxın adamı cəlb etsə də, amma ruslae ölən və yaralananlarla birgə gündə təxminən 1,1 min itki verirlər.
...Rusiya Müdafiə Nazirliyi Vladimir Putinə 2024-cü il mayın 7-də andiçmə mərasimi zamanı yeni səfərbərlik elan etməsi üçün ona müraciət ediblər. Amma səfərbərlik elan etməkdən imtina edən Putin, müqaviləli əsgərlərin istifadəsində israr edib və könüllülər üçün birdəfəlik ödənişi ikiqat artırıb.
Deyim ki, bunu “The Wall Street Journal” yazır.
…Deyilənlərə görə, indi müdafiə naziri Andrey Belousov səfərbərliyə təkid etməkdə davam edir, lakin yenə də deyilənlərə görə, Kreml Putin üçün siyasi risklər yaratmamaq üçün hələ də bunu etmək istəmir.
Xatırladaq ki, yayda Dövlət Duması çoxuşaqlı ailələrin ataları və əlil uşaq ataları üçün səfərbərliyin təxirə salınmasını müzakirə edib.
…Və bu məsələ parlamentarilər arasında müzakirələrə səbəb olsa da, bir çoxları buna qarşı çıxdı.
Maraqlıdır, görən, Putin səfərbərlik elanını niyə gecikdirir?
…Əslində bu gün Rusiyanın cəbhədə həqiqətən də kifayət qədər əsgəri yoxdur, olan-qalan da cəbhənin digər bölmələrindən Kursk vilayətinə göndərilib..?
Bunu hərbi-siyasi ekspert Yuri Fedorov “Present Time”-ın efirində bildirib.
Onun sözlərinə görə, müqaviləli könüllülər gündə mindən az insanı cəlb edilə bilər, çünki söhbət təkcə yeni insanlardan deyil, həm də müqaviləni yenidən imzalayanlardan gedir.
…Təsəvvür edin, müqavilənin müddəti başa çatıb, Putinin fərmanı ilə o, hələ də ordudan buraxılmayıb və ona yeni müqavilə imzalamaq təklif olunur..?
Bunu Fedorov sual edir.
Maraqlıdır ki, rusiyalı hərbi-siyasi ekspert, Putin və onun müşavirlərinin növbəti səfərbərlikdən sonra Rusiya əhalisinin müharibəyə münasibətinin dəyişməsindən qorxduqlarını da gizlətmir.
…İndi Putinin və Rusiya təbliğatının mövqeyi çox sadədir. Cəbhədə kim döyüşür? Könüllülər. Onlarla müvafiq müqavilələr bağlayırlar. Onlar həyatlarını riskə atırlar və bunun üçün yaxşı pul da alırlar. Bu, tipik bir sövdələşmədir. Və artıq könüllü olaraq səfərbərliyə və ümumiyyətlə, müharibəyə getmə, səfərbərlik, ölüm təhlükəsi Rusiyada hər bir insan üçün reallığa çevrilir.
Bu da Fedorovun fikirləridir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə