Ukraynada “Telegram”ın xidməti cihazlarda istifadəsinə qadağa qoyulub
Ukraynada dövlət orqanlarının əməkdaşlarına və silahlı qüvvələrin hərbi qulluqçularına “Telegram” messencerindən rəsmi cihazlarda istifadə etmək qadağan olunub. SİA xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası Facebook sosial şəbəkəsində məlumat yayıb. Şuradan bildiriblər ki, dövlət qulluqçularının, hərbçilərin, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastruktur sferası operatorlarının xidməti cihazlarında “Telegram”ın quraşdırılmasına və istifadəsinə qadağa qoyulub.
Kibertəhlükəsizlik üzrə milli koordinasiya mərkəzi bu qərarı messencerin milli təhlükəsizliyə təhdid yarada biləcəyinə görə qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə