...Bu yaxınlarda Rusiyaya raket hücumları ilə bağlı kinli açıqlamalar verən Almaniyanın müdafiə naziri Boris Pistorius “Eine Stunde ZEIT” verilişində Ukraynaya yardımın davam etdirilməsinin vacibliyi ilə bağlı həmvətənlərinə müraciət edib.
…Biz başa düşməliyik ki, Ukrayna bizim və ya Qərbin dəstəyinin dayanması səbəbindən bu müharibəni uduzsa, sabah Ukrayna olmayacaq. Doğrudur, Ukraynanı dəstəkləmək baha başa gəlir, lakin ukraynalıların məğlubiyyəti bizə çox baha başa gələcək.
SİA-nın da qeyd etdiyi kimi, bunu Boris Pistorius bildirib.
Onun sözlərinə görə, bu, təkcə Rusiya və Putinin yaratdığı hərbi təhlükəyə görə deyil, həm də Ukraynanın uduzacağı təqdirdə qaçqın axınına görə də bizə baha başa gələcək.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri xüsusilə Ukraynaya və qaçqınlara yardımın davam etdirilməsinə qarşı çıxan BSW (Sarah Wagenknecht Alliance) və AfD (Almaniya üçün Alternativ) partiyalarına müraciət edib.
…Alman nazir iddia edir ki, Putinin Ukraynadakı müharibədə qalib gəlməsinə imkan vermək olmaz, çünki çünki belə olan halda Rusiya daha sonra Moldovaya və ya Gürcüstana hücum edə bilər.
Yaxud onun fikrincə, Kreml diktatoru qərar verərsə, ruslar Baltikyanı ölkələrə də (NATO ərazisi) qoşun yeridərlər.
…Bu gün ölkəsindəki bəzi partiya nümayəndələrinin “Ukrayna kompromislərə getməli və bir neçə kvadrat kilometr torpaqdan imtina etməlidir” deyənlərin fikirlərinə münasibət bildirən Pistorius onlara sual edir.
Bəs, onda Buçalı qadınların qohumlarına nə deyək?
…Rusiyaya qaçırılan uşaqların valideynlərinə nə deməliyik?
…Ukrayna kompromislərə getməlidirmi?
…Ukrayna danışıqlara hazır olduqda və Putin razılaşdıqda, biz bunu birinci dəstəkləyəcəyik və sülh üçün hər şeyi edəcəyik.
Bunu da Almaniyanın müdafiə naziri bilirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə