Trampa sui-qəsd zamanı edilən səhvin adı çəkildi…

…Məlumdur ki, Respublikaçı Donald Tramp prezidentlik uğrunda demokrat Kamala Harrislə yarışır.

Noyabrın əvvəlində ABŞ-da seçkilər keçiriləcək. Prezidentlik yarışı çərçivəsində Donald Tramp Amerikanın hazırkı lideri Cozef Baydenlə teledebat keçirdi (əslində, uğursuzluğundan sonra ondan mübarizəni tərk etməsi və mühüm vəzifəyə başqa namizədə yol verməsi tələb olundu). Lakin onun iyulun ortalarında Pensilvaniyadakı çıxışı demək olar ki, faciəvi şəkildə başa çatdı.

Tramp tribunada çıxış edərkən ona bir neçə dəfə atəş açılıb. Güllə respublikaçının qulağına dəyib. Mühafizəçilər dərhal onu bədənləri ilə örtərək təhlükəsiz yerə aparmağa çalışsalar da, qulağından qan axan Donald sözünü bitirməyə çalışıb və hətta onun məğlubedilməz olduğuna işarə olaraq əlini də yelləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu fotolar bütün dünya mediasında yayılıb.

…Yalnız indi Məxfi Xidmət həmin hadisə zamanı səhvlərə yol verdiyini etiraf edib.

Belə ki, Gizli Xidmətin direktoru vəzifəsini icra edən Ronald Roua görə, Gizli Xidmət yerli hüquq-mühafizə orqanlarının tərəfdaşlarına aydın təlimat verməmişdir.

“RİA Novosti” rəsmiyə istinadən xəbər verir ki, nəticədə asayiş keşikçiləri arasında yerindəcə ünsiyyətdə çatışmazlıqlar yaranıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə