ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilir
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt qrupunun fəaliyyəti çərçivəsində “ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilir. SİA xəbər verir ki, “Bakı KOB evi”ndə təşkil olunmuş təqdimat mərasimində alt qrupa üzv olan dövlət qurumlarının, yerli, beynəlxalq özəl şirkət və təşkilatların nümayəndələri, eləcə də digər maraqlı tərəflərin məsul şəxsləri iştirak edirlər.
Tədbirdə ESG üzrə beynəlxalq ekspertlərin təklif və tövsiyələri dinlənilir, həmçinin tematik sahələr üzrə ilkin təkliflərin alt qrupun üzvlərinə təqdimatı və layihə icra formatının müzakirəsi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə