Beyrutda ölənlərin sayı 12-yə çatıb…

İsrail hava qüvvələrinin Beyrutun cənub ətraflarında yaşayış binasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Livanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Düşmənin cənub ətrafına endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 12-yə, yaralıların sayı isə 66-ya çatıb”, - məlumatda deyilir.

Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində 8 nəfərin öldüyünü bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə