...Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. Kredit üçün vəsait Rusiyanın Avropada dondurulmuş aktivlərindən götürüləcək. Ukrayna onu 40 il ərzində qaytarmalı olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, cümə günü Ukrayna prezidenti ilə birgə mətbuat konfransında fon der Leyen bildirib ki, böyük kreditin verilməsi G7-nin Ukraynaya uzunmüddətli dəstək öhdəliyini yerinə yetirmək üçün növbəti addımdır.
İyulda Vilnüsdə NATO sammitində G7 liderlərinin elan etdikləri öhdəliklərə həm hərbi yardım, həm də müharibə zamanı və müharibədən sonra ölkənin bərpasına yardım daxildir.
Vladimir Zelenski cavab olaraq bildirib ki, ayrılan vəsait ilk növbədə enerji sektorunun dəstəklənməsinə, mülki şəxslərin müdafiəsi üçün sığınacaqların və digər infrastrukturun tikintisinə, eləcə də Ukrayna müdafiə sənayesinin inkişafına yatırılacaq.
O, həmçinin Ukrayna rəhbərliyinin Qərb silahlarının, ilk növbədə, hava hücumundan müdafiə sistemlərinin yeni alınması planlarını xatırladıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə