Sankt-Peterburqdakı Artilleriya Muzeyində “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinə məxsus tapançalar nümayiş etdirilir. Bu barədə muzeyin mətbuat xidməti məlumat verib. Onlar yeni gələnlərin sərgisinin bir hissəsi kimi nümayiş etdirilir.
SİA-nın əldə etdiyi məlumata görə, silahlar Rusiya Qvardiyasının Sankt-Peterburq şöbəsi tərəfindən muzeyə təhvil verilib.
Sərgidə Priqojinə məxsus mükafat tapançaları nümayiş etdirilir. O, 2015 və 2018-ci illərdə onlardan ikisini - Glock və Beretta-nı Rusiyanın o vaxtkı müdafiə naziri Sergey Şoyqudan alıb.
Daha bir Qlok Priqojinə 2018-ci ildə Sudan prezidenti Ömər əl-Bəşir tərəfindən hədiyyə edilib. Muzeydə onlar “xatirə silahları” kimi təsnif edilir.
24 iyun 2023-cü ildə, “Vaqner” PMC qiyamının baş verdiyi gün axtarış zamanı Priqojinin bağ evində Federal Təhlükəsizlik Xidməti tərəfindən geniş silah arsenalı ələ keçirildi.
Amma iyulun 4-də bütün silahlar Priqojinə qaytarıldı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə