Mərakeş Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinə üzv seçilib
Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin 68-ci Konfransında Mərakeş 2024-2026-cı illər üçün agentliyin idarə heyətinin rəhbərlər şurasına üzv seçilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Mərakeşin Avstriyadakı səfiri İzəddin Fərhan ölkəsinin agentliyin rəhbərlər şurasına üzvlüyü çərçivəsində Mərakeşin beynəlxalq dialoqu, danışıqları gücləndirmək səylərini davam etdirəcəyini söyləyib.
Səfir, eyni zamanda, Afrika ölkələrinin nüvə enerjisi sahəsində töhfələrini artırmağa zərurət olduğunu bildirib. O, nüvə enerjisindən sülh məqsədilə istifadə etməyin, o cümlədən kənd təsərrüfatı, səhiyyə və ətraf mühit kimi sahələrə töhfə verməyin önəmini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə