Taksidə icazəsiz siqaret çəkənlər məsuliyyətə cəlb edilə bilər? - AÇIQLANDI

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, istənilən ictimai nəqliyyatda həm sərnişinin, həm sürücünün özünün tütündən istifadəsi qadağandır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Bu qadağanın pozulmasına görə İnzibai Xətalar məcələsinin 322.0.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq edilir.

Cəriməni tətbiq etmə səlahiyyəti dövlət yol polisinə aiddir. Əgər yol polisi görsə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü sükan arxasında siqaret çəkir, o halda saxlayıb ona inzibati xəta haqqında protokol tərtib edə bilər. Bundan əlavə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlər də cərimələnəcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə