“Köçürülmüşlər və Köçmüşlər” filminin trilleri təqdim olundu - FOTO
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zəngəzur mahalı Qarakilsə rayon icması Saray qəsəbəsində görüş keçirib. SİA xəbər verir ki, rayon ağsaqqalları, kənd icma sədrlərinin iştirak etdiyi görüşdə 1918-ci ildə Zəngəzur mahalı sakinlərinin üzləşdiyi soyqırımın bu gün də eyni acı ilə xatırlandığı, heç bir zaman unudulmayacağı və faciə qurbanlarının daim böyük ehtiramla anıldığı vurğulanıb.
Tədbirdə jurnalist-bloger Bəxtiyar Məmmədovun müəllifi olduğu “Köçürülmüşlər və Köçmüşlər” filminin trilleri də təqdim olunub. Bildirilib ki, azərbaycanlıların soyqırımına həsr olunan filmdə o dövrün qanlı keçmişinə işıq salan tarixi faktlar və əksəriyyəti artıq vəfat etmiş şəxslərlə özəl müsahibələr təqdim olunur.
Qeyd edək ki, filmin qarşıdakı aylarda təqdim olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB