Erməni təxribatlarına şəhər sakinlərinin BAXIŞI - SORĞU

Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin hər görüşdən və razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bəs görək şəhər sakinləri erməni təxribatları haqqında nə düşünür? SİA mövzu ilə əlaqədar şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Qələmnaz Şükürova: "Allah bu ermənilərə biraz vicdan, insaf versin. Qan tökməkdən, can almaqdan bezmədilər. Cana doymuşuq artıq. İnsan hər səhər narahatlıqla oyanır ki, birdən yenə şəhid xəbəri gələr. Birimizin övladı, birimizin nəvəsi, o birimizin qohumu əsgərdir. Heç qan bağımız olmasa belə hamısı vətənimizin oğullarıdır. Biz rahat yaşayaq deyə onlar canlarını qurban verirlər, amma vallah ürək dözmür".

Şəhər sakini Adil Musayev: "Məncə, Ermənistan düşmən kimi belə bir səviyyəyə sahib deyil. Onlar düşmənçiliyi dəxi bacarmır. Hər zaman namərd xalq olublar. Bundan sonra da inanmıram ki, onlara güvənmək mümkün olsun. Özləri kimi xain millətlərə güvənib belə təxribatçı əməllər atırlar. Amma düşünmürlər ki, bunun sonu onlar üçün yaxşı olmayacaq".

Şəhər sakini Leyla Hümbətova: "Ermənistan 44 günlük müharibədən sonra ağıllanmadı. Nə edirsə, özünə edir. Biz iradəli xalq, güclü dövlətik. Bu təxribatlarla bizim gözümüzü qorxuda bilməzlər. Azərbaycan hər zaman Ermənistana haqlı cavabını verib, bundan sonra da verəcək".

Şəhər sakini Xalid Quliyev: "Heç kim uşağını böyütmür ki, getsin düşmən gülləsinə tuş gəlsin. Sonuncu dəfə üç şəhidimiz oldu. Analar, övladlar ağlar qaldı. Bu millət nə qədər bəlalar yaşayacaq?! Hər şeyin bir sonu olmalıdır. Doğrusu, yenidən müharibə olmasını istəmirəm. Onsuzda gördük ki, ermənilər də müharibədən nəticə çıxarmırlar. Boş yerə elə bizim mərd oğullarımız həlak olur. Amma bu Ermənistanın özünə gəlməsi üçün də qətiyyətli bir addım atılmalıdır".

Şəhər sakini Sevda Hüseynzadə: "İlk olaraq Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr arzulayıram. Bilirəm ki, onlar üçün çox çətindir. Ermənistan əvvəldən ikiüzlü dövlət olub. Biz onlara güvənib arxamızı dönə bilmirik. Sanki durduq yerə qıcıqlanırlar və bir hadisə törətmək istəyirlər. Amma günahsız canlara qıyırlar. Allah bütün elədiklərini o xalqın qarşısına çıxaracaq. Biz bunları yaşamağa layiq deyilik".

Şəhər sakini Novruz Əsədov: "Ermənistana artıq deyəcək sözümüz yoxdur. Heç nə etdiklərini özləri belə bilmir. Elə axmaq dövlətdən hər şey gözləmək olar. Deyəsən, Ermənistan yenidən müharibə arzulayır. Bu dəfə də müharibə olsa, Ermənistanın sonu olacaq. 30 il susduq. Elə bilirlər ki, yenə də susacağıq. Bizim elə ordumuz, elə ölkə başçımız, elə millətimiz var ki, biz bir dəfə ayağa qalxsaq qarşımızı almaq mümkün olmayacaq. Məncə, bunu 44 günlük müharibədə də göstərdik. Heyif, ermənilər kor gözlərini açmamaqda inad edirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə