Babək rayonundakı məktəblərdə dezinfeksiya işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən məktəblərdə dezinfeksiya işləri aparılıb. SİA xəbər verir ki, rayonun Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təlim-tədris müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.

Belə ki, Babək şəhərində və kəndlərdə yerləşən bütün məktəblərin sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman zalları və digər yerlər dezinfeksiya edilib.

Qeyd edək ki, 4 məktəbdən kənar müəssisədə də dərmanlama işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə