Xarici jurnalistlər Füzuliyə yola düşüb

Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Gəncədə raket hücumlarına məruz qalmış ərazilərə səfər etdikdən sonra Füzuliyə yola düşüb. SİA xəbər verir ki, səfərdə 30-dan çox xarici jurnalist iştirak edir.

KİV nümayəndələri Füzuliyə səfər çərçivəsində ərazilərin minalardan təmizlənməsi işlərinin gedişi ilə tanış olacaq, həmçinin 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkəcəklər.

Xatırladaq ki, ötən gün jurnalistlər Ağdam rayonunda olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə