"Ermənilər Gəncə terrorunu məqsədyönlü şəkildə həyata keçirib" - MİSİRLİ JURNALİST

"Ermənilər Gəncədəki dağıntıları məqsədyönlü şəkildə həyata keçirib". SİA xəbər verir ki, bunu Misirin MENA agentliyinin əməkdaşı Ahmed Bahaa Gəncədə jurnalistlərə açıqlamasında bildirib.

O, Gəncəyə səfəri çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı baş verən bir çox dağıntıların şahidi olduğunu da xatırladıb: "Gördüklərim mənə böyük təsir etdi. Çünki bu dağıntılarda mülki vətəndaşlar həlak olub. Qadınlar və uşaqlar vəfat edib. Müharibələr zamanı həmişə qurbanlar olur. Amma bu qurbanlar qadın və uşaqlar olanda insana pis təsir edir. Bu dağıntılar onu göstərir ki, ermənilər məqsədyönlü şəkildə həyata keçirib. Əsas məqsədi əhalinin məskunlaşdığı yeri dağıtmaq və insanları qorxutmaq olub".

Bütün xəbərlər Facebook səhifəmizdə