"Bakı şəhərinin əsas arteriyal küçə və prospektlərində nəqliyyat axınında yaranan sıxlıqlar marşrutların hərəkət cədvəllərində ciddi ləngimələrin və gecikmələrin yaranmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirib.
Qurum rəsmisi qeyd edib ki, belə olan halda avtobuslardan istifadə edən sərnişinlərin səfər müddəti və dayanacaqda gözləmə vaxtları artır: "Bu da sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin, etibarlığının, ictimai nəqliyyatdan istifadənin, əhalinin mobilliliyinin azalması və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan müəssisələrin əməliyyat xərclərinin artması ilə nəticələnir. Qeyd olunan problemi aradan qaldırmaq üçün bəzi küçə və prospektlərdə tərəfimizdən xüsusi avtobus zolaqları təşkil edilmiş və bu istiqamətdə işlər davam etdirilir. Lakin həmin avtobus zolaqlarına digər nəqliyyat vasitələrinin daxil olması və qeyri-qanuni parklanmaların edilməsi zolaqların öz funksionallığının itirməsinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB