Azərbaycanda zəlzələ gözlənilir?- DİQQƏT! - QURUM RƏSMİSİ DANIŞDI
“Mən ilk gündən yəni fevralın 6-da Türkiyənin Kahramanmaraş ərazisində 7,8 bal gücündə zəlzələ hadisəsi baş verdiyi zaman da qeyd etmişdim ki, bundan sonra da aylarla avtoşoklar baş verəcək”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.
RSXM-nin baş direktoru qeyd edib ki, bir daha güclü zəlzələnin baş verəcəyinə inanmıram: “Lakin zəlzələdən sonra 6,5 bal gücündə zəlzələlərin olması gözlənilən idi. Şərqi Anadolunun seysmoloji zonasında qırılmaların baş verməsi nəticəsində maqnit sıxlığının olması səbəbindən qırılmalar baş verir və yenidən zəlzələyə səbəb olur. Bu proseslər seysmiklik fon səviyyəsinə düşənə qədər davam edəcək. Lakin Türkiyədə baş verən zəlzələlənin Azərbaycandakı zəlzələ ocaqlarına təsiri ola bilməz. Respublika ərazisində xırda təkanlar baş verir və bunlar hiss olunmur. Ancaq məsafə etibari ilə və seysmoloji quruluşa görə Hatayda baş verən zəlzələ bizə sirayət edə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB