Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyə prosesi davam etdirilir. Bu gün 47 nəfərin Türkiyədən Azərbaycana təxliyəsi həyata keçirilib. Bu prosesi tam ödənişsiz şəkildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirdir. Bəs ümumilikdə indiyənə qədər ölkəmizə nə qədər azərbaycanlı təxliyə olunub? Bu proses necə həyata keçirilir?. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Sorğumuza cavabı Azərbaycan Yerüstü Nəqliyyar Agentliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Tural Orucov cavab verib.

Qurum rəsmisi qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir: "AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilir. Bu günə kimi 13 reys həyata keçirilib və 526 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə ödənişsiz çatdırılıb.
Qeyd edək ki, hazırda sərhəddə ehtiyat avtobusu da mövcuddur".
Daha sonra Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən həmvətənlilərimizi qarşılamaq və onların fikirlərini öyrənmək məqsədi ilə Bakı Beynəlxalq Avtovağzalına üz tutduq. Burada onlara yaxınlaşıb, hadisə barədə fikirlərini öyrənib, burada nə edəcəkləri barədə suallar ünvanladıq.

Renata Abbasova: "Mən Malatyadan gəlmişəm, lakin yoldaşım türkdür ona görə də hələ də ordadır. Zəlzələ səhərə yaxın baş verdiyi an biz evdən çıxdıq, yaxşı ki, də biz evdə qalmamışığ. Çünki binamız zəlzələyə tab gətirə bilmədi və çökdü. Demək olar ki, bir saatdan bir binalar yellənirdi".

Sabahatın Köybaş: "Hatay ərazisindən ailəvi olaraq Azərbaycana gəlmişik. Mən özüm Hatayda doğulub, böyümüşəm. Lakin yoldaşım azərbaycanlıdır. Zəlzələ baş verdiyi saatlarda evin içindəydik. Bizim yaşadığımız bina demək olar ki, yerlə yeksan oldu. Müəyyən bir müddət Azərbaycanda yaşamağı düşünürük".

Mirşahanə Abbasova: "Təbii ki, Allah heç kimə belə bir fəlakəti yaşatmasın. Bizim dünyamız başımıza yıxıldı. Bütün həyatımız dəyişdi. Çox xoşbəxt bir şəkildə həyatımızı sürürdük. Amma bir gecənin içində hər şey dəyişdi. 2 uşağım var, onlar məktəbə gedirdilər indi isə bilmirik ki, necə öz yaşayışımızı düzənə salacayıq".

Aytən Kırlançı: "Mən, iki övladım vı yoldaşım Maraşdan gəlmişik. Həyat yoldaşım Maraşın özündəndir. Biz ailə həyatı qurub, orada yaşamaq qərarı almışdıq. 4 ildir ki, bütün həyatımızı orada qurmuşduk. Yaşadığımız evdə dağıldı. Ancaq paltarlarımızı götürə bilmişik".

Sadiq Sönmez: "Mən Maraşdanam. Zəlzələ barədə onu deyə bilərəm ki, çox bərbad və bədbəxt hadisələr baş verdi. Çünki insanlar bütün yaşayış tərzini dəyişməli oldular. Həyat yoldaşım azərbaycanlıdır. Onun üçündə bura gəlmək qərarı aldık. Allah hər birimizin yar və yardımçısı olsun".

Zahid Genç: "Biz ailəvi olaraq Kahramanmarahaşdan gəlmişik. Uzun müddərdir ki, Kahramanmaraşın kəndində yaşayırdıq. Lakin son 4 ildir ki, mərkəz əraziyə köçmüşdük. Mən, yoldaşım və övladlarım Azərbaycana gəlmişik. Zəlzələ baş verdiyi an keçirtdiyimiz hissləri sizə izah edə bilmərəm. Yenidən öz evimizə qayıdacayığıq. Hər kəsin Allah yar və yardımçısı olsun. Bir daha Allah bizə bu günləro göstərməsin".

Həvva Rızayeva: "Özüm əslən Azərbaycanın Tovuz rayonundanam, ancaq yoldaşım Diyarbakırlıdır. Elə ona görə də illərdi biz övladlarımızla birlikdə orada yaşayırıq. Zəlzələdən çox qorxduq, sadəcə dəhşət idi.

Turan Arslan: "7 ildir ki, Diyarbakırda yaşayırıq. Bizim evimiz dağılmadı amma yanımızda yaşayan qonuşularımızın evləri dağıldı. Ailəlikcə çox pis travma aldığ ona görə də Azərbaycana gəlmək qərarı aldıq".
Könül Cəfərova: "Biz Maraşdan gəlmişik. Ailəmlə birlikdə orada qalırıq, yoldaşım və iki övladım var. Fevralın 6-da ilk dəfə zəlzələ gecə baş verdi. İlk dəfə olarkən biz evdə idik. Təbii ki, zəlzələ güclü baş verdiyi üçün evimizə çatlar düşdü buna görə də çıxdıq evdən. Maraşda kirayədə yaşıyırdıq. Mən özüm azərbaycanlıyam yoldaşım isə türkdür. Ailə həyatə qurduğdan sonra mən Türkiyəyə köçmüşəm. İndi isə öz ölkəmizə qayıtmışıq. Artıq burada yaşamağa qərar vermişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB