Qubadlı-Eyvazlı avtomobil yolunda işlər tamamlanmaq üzrədir

Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlanma işləri tamamlanmaq üzrədir. SİA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda keçirdiyi brifinqdə bildirib.

“Artıq yolun torpaq işlərinin 90 faizi görülüb. Bu yol vasitəsilə Gorus-Sisyan yoluna çıxış əldə edilir. Bu da Şərqi Zəngəzura ikinci çıxış olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”, - deyə İdarə Heyətinin sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə