Milli Məclisdə yeni şəhərin salınması təklif edilib

“Şəhərdə göydələnlərin olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problemlidir". SİA xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov Milli Məclisin plenar iclasında bildirib.

Millət vəkili qeyd edib ki, Allah etməsin hər hansı fövqəlada hal baş versə, təhlükəli hal yaşanacaq: "Bir şeyi qeyd edim ki, yeni bir şəhər salınmalıdır. Həmçinin bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adın Heydərəbad adlandırılsın. Bununla da Ümummilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə