Növbəti cənazənin Azərbaycana göndərilmə saatı bəlli oldu - QURUMDAN AÇIQLAMA

Bu gün Azərbaycana Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan azərbaycanlı vətəndaşın cənazəsi vətənimizə gətiriləcək. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ayxan Hacızadə bildirib.

Qurum rəsmisi qeyd edib ki, ötən gün Azərbaycana gətirilən vətəndaşların cənazələrindən əlavə olaraq bu gün 1950-ci il təvəllüdlü Lida Qocayevanın nəşi ölkəmizə gətiriləcək: "Cənazə müəyyən prosedur qaydalarına əməl olunaraq Malatyadan Ankaraya, Ankaradan İstanbula oradan isə Azərbaycana göndəriləcək. Vətəndaşımızın cənazəsi Bakı vaxtı ilə 16:20 raddələrində Azərbaycanda olacaq".

Qeyd edək ki, həmçinin Malatya şəhərində yerləşən İnönü Universitetinin təhail alan 4 azərbaycanlı tələbəmizində cənazəsi bu gün saat 04:00 raddələrində Heydər Əliyev adıba Hava limanında ailələrinə təhvil verilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə