Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində hansı addımlar atılıb? - MİLLƏT VƏKİLİ DANIŞDI

“Vətəndaşların sosial rifahının qorunması və gücləndirilməsi cənab Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, 2019-cü ildən başlayaraq Azərbaycanda cənab Prezident tərəfindən dərin sosial islahatlar aparılır və bu islahatlar nəticəsində 4 islahatlar zərfi qəbul olunub: “Bu zərflərində ümumi dəyəri 7 milyard 500 milyon manatdır. Demək ola ki, bu islahat bütün vətəndaşlarımızı əhatə edir. Sonuncu olaraq bu ilin yanvarında cənab prezidentin yanvarın 5-də və 13-də verdiyi sərəncamlarla başladı daha sonra isə Milli Məclisdə əmək pensiyalarının minimum məbləğinin artırılması istiqamətində qanun qəbul olundu. Beləliklə builki sonuncu islahatlar zərfi özündə 750 milyon manat büdcə vəsaitini ehtiva etməklə 1 milyon 900 min nəfər vətəndaşımızın sosial rifah halını gücləndirəcəkdir. Burada minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılması təxminən 700 mindən çox vətəndaşımızın əməkhaqqına birbaşa təsir etmiş oldu. Həmçinin, ölkə başçısının tapşırığı ilə pensiyanın minimum məbləğinin artırılması barədə də qanun layihəsi hazırlandı. Bu layihə Milli Məclisin 1 yanvar tarixində keçirilən iclasında qəbul olundu. Bununla da fevralın 1-dən başlayaraq pensiyanın minimum məbləği 280 manat təşkil etdi ki, bu da 100 milyon pensiyaçının pensiyasının birbaşa artırılmasına səbəb olacaqdır. Təxminən 17 faizlik bir artım müəyyən olundu. Bununla da pensiyalar 240 manatdan 280 manata minimum olaraq qaldırıldı. Orta aylıq pensiya məbləği bu il təxminən 423 manat təşkil edəcəkdir ki, bu da ötən illə müqayisədə təxminən 20 faiz artım deməkdir. Ümumilikdə Azərbaycanda pensiyaların alıcılıq qabiliyyəti MDB məkanında birinci yerdədir. Pensiyanın dollarla müqayisədə minimal məbləğinə görə isə təxminən ikinci yerdədir. Bu da Azərbaycan pensiyaçısına dövlətin və dövlət başçısının qayğısının ifadəsidir. Cənab prezidentin başqa bir sərəncamla sığortalar təxminən 15 faizi artırıldı bu da demək olar ki, bütün pensiyaçılara şamil olundu. Ötən ilin sonunda qəbul etdiyimiz qanunlarla bir çox pensiyaçılara güzəştlərin və pensiyaya çıxmaqla bağlı müəyyən imtiyazların verilməsini nəzərə alsaq, son illərdə pensiya sahəsində aparılan dərin islahatlar vətəndaşlarımızın sosial rifahına, pensiyaçılarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən uğurlu addımlardır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə