Şəhid Orxan Əsgərov torpağa tapşırılıb - YENİLƏNİB - FOTOLAR

27 yanvar tarixində səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə qarşı amansızca terror həyata keçirilmişdir. SİA xəbər verir ki, baş vermiş terror nəticəsində baş leytenant Orxan Əsgərov şəhid olub. Şəhidin cənazəsi dünən axşam saatlarında vətənə gətirilib. Şəhid Orxan Əsgərov II Şəhidlər xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, dəfn mərasimində Müdafiə naziri Zakir Həsənov, Müdafiəsi Sənayəsi naziri Mədət Quliyev, Daxili İşlər naziri Vilayət Eyvazov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və s. iştirak edib.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə