Şəhid Orxan Əsgərov İkinci Fəxri xiyabanda dəfn edilir - CANLI - FOTOLAR

27 yanvar tarixində səhər saatlarında Azərbaycanım İrandakı səfirliyinə qarşı amansızca terror həyata keçirilmişdir. SİA xəbər verir ki, baş vermiş terror nəticəsində baş leytenant Orxan Əsgərov şəhid olub. Şəhidin cənazəsi dünən axşam saatlarında vətənə gətirilib. Şəhid Orxan Əsgərov Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Hazırda şəhidin cənazəsi Şəhidlər Xiyabanına gətirilib.

Qeyd edək ki, dəfn mərasimində Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Azərbaycan Müdafiəsi Sənayəsi naziri Mədət Quliyev, Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və s. iştirak edir.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə