Ağac aşması nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb - BNA

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

SİA xəbər verir ki, bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə