Vətən müharibəsi qaziləri ziyarət olunub - FOTOLAR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı əməkdaşları tərəfindən rayon ərazisində yaşayan qazilər ziyarət edilib. SİA xəbər verir ki, aksiyada YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov və aparatın əməkdaşları Fuad Heydər, Əfəndi İbrahimli iştirak ediblər.

Ziyarət çərçivəsində rayon sakinləri olan qazilərə bayram sovqatları təqdim edilib, bayramları təbrik edilib.

Qazilər hər zaman onlara göstərilən diqqət, qayğıya, o cümlədən bayram sovqatlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə