Bayram münasibətilə şəhid ailələri ziyarət olunub - FOTOLAR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilib. SİA xəbər verir ki, aksiyada YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov və aparatın əməkdaşı Lamiyyə Hacıyeva iştirak ediblər.

Ziyarət çərçivəsində rayon sakinləri olan şəhid ailələrinə bayram sovqatları təqdim edilib, bayramları təbrik edilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə, Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə