İlham Əliyev xalqın gözü ilə - SORĞU

Bu gün İlham Əliyev tarix yazır, onu dəyişir, yenidən yaradır, sabah isə tarix onun obrazını özündə əbədiləşdirib gələcək nəslin yaddaş ünvanına çevirəcək. Ümummilli lider Heydər Əliyevin söylədiyi gözəl bir fikir var: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu ildə hər zaman olduğu kimi biz cənab Prezident İlham Əliyevin doğum gününü qeyd edirik. Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin dövlət başçısının fəaliyyəti barədə nə fikirləşdiklərini öyrənmək məqsədi ilə onlara yaxınlaşdıq.

Şəhər sakini Novruz Quliyev: “Cənab Prezident İlham Əliyev Heydər Əliyev məktəbi görmüş bir şəxsiyyətdir. Məhz bu səbəbdən onun tərbiyəsini görmüş insan olaraq bu günkü gün öz ölkəsini layiqincə ayaqda saxlayır. İlham Əliyevi bizə 44 günlük Zəfər tariximizi yaşadan bir sərkərdədir. Ona uzun ömür, xan salığı arzu edirəm”.

Şəhər sakini Vasif Əliyev: “İlham Əliyevə can salığı uzun ömür arzu edirəm. Qoy hər zaman Azərbaycan xalqının başının üstündə olsun. O, bizim hər zaman Prezidentimiz olaraq qalsın. Ona gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

Şəhər sakini Kəmalə Nəsibova: “Dövlət başçımızın fəaliyyəti danılmaz bir faktdır. 44 günlük Vətən mübarizəmiz bunun bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə də quruculuq işləri aparılır. Bütün bunların hamısı cənab Prezidentin öz xalqına və millətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bir daha fürsətdən istifadə edib cənab prezidentimizin doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can salığı arzulayıram. Nə xoş mənə ki, mən Azərbaycanlıyam və nə yaxşı ki, bizim dövlətimizə İlham Əliyev rəhbərlik edir”.

Şəhər sakini Qoşqar Sadıqov: “İlham Əliyev Azərbaycan tarixinə müzəffər insan, Prezident və Ali Baş Komandan kimi daxil olub . Cənab Prezidentin fəaliyyəti hər zaman ölkəmizdə yüksək səviyyədə qarşılanıb. İlham Əliyev cənablarının göstərdiyi fəaliyyət sözün həqiqi mənasında təqdirə layiqdir. Onun fəaliyyəti nəticəsində Azərbaycanın dünəni, bu günü və gələcəyi müəyyənləşir. Biz onunla qürur duyuruq”.

Şəhər sakini Şahlar Əliyev: “Azərbaycanın tarixində hökumdarların bir çoxu tarixi şəxsiyyətlər olub. Mən İlham Əliyevi o silsilədən qəbul edirəm. Bəzi qüvvələr var ki, onlar bizim xoşbəxtliyimizi istəmirlər buna görə də yanlış məlumatlar ortaya çıxır. Lakin ümumilikdə İlham Əliyev Azərbaycan xalqının tarixində çox görkəmli şəxsiyyətdir. Onun diplomatik əlaqələri, hər bir xalqın nümayəndəsini onun öz dilində qarşılayıb, söhbət etməsi sadəcə olaraq qürur vericidir”.

Şəhər sakini Qüdrət Hüseynli: “Prezident İlham Əliyevin əvəzedicisi yoxdur. Yəni kimsə onun yerinə keçib bu dövlət idarə edə bilməz. Çünki onun kimi ikinci bir potensialda olan şəxsiyyət yoxdur. İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyevə yaraşan bir oğuldur. O, bizim torpaqlarımızı azad etməklə bütün azərbaycanlıların arzusunu yerinə yetirdi”.

Şəhər sakini Cavanşir Məmmədli: “Mən Prezidentimizə uzun ömür, can salığı arzu edirəm. Ona gələcək fəaliyyətində böyük müvəffəqiyyətlər diləyirəm. Fikrimcə, İlham Əliyev bizim hər zaman olduğu kimi gələcək illərdə də gələcək rifahımızın yaxşılaşdırılması uğrunda da müəyyən layihələr həyata keçirəcək”.

Şəhər sakini Qoca Eyvazlı: “Ali Baş Komandanımızı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can salığı arzulayıram. Allahdan arzum odur ki, dövlət başçımız Xankəndində Azərbaycanın 3 rəngli bayrağını ucaltsın”.

Şəhər sakini Əli Əlizadə: “Nə yaxşı ki, İlham Əliyev bizim prezidentimizdir. O, işini çox yaxşı bilir. Həmçinin xalqının da qeydinə yaxşı qalır. 200 ildən çox bir müddətdə əsarət altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Biz ona can salığından başqa nə arzu edə bilərik”.

Şəhər sakini Adil Rüstəmov: “Cənab Prezident Azərbaycan xalqının birinci lideridir. Mən qeyd edərdim ki, bizim qələbəmizi təmin edən ilkin amil onun dəmir yumruğudur. Ölkə başçısını təbrik edir, ona uzun ömür, can salığı arzulayıram. O bizim sevimli şəxsiyyətimizdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə