31 Dekabr ölkəmizdə Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı kimi qeyd olunur. Bu səbəbdən insanlar bayram gününü xüsusi şəkildə qeyd etmək üçün sevdikləri ilə birgə restoranlara üz tuturlar. Bəs bu il Yeni il günü münasibətilə restoranlarda qiymətlər necədir? Hansı müğənnilər restoranlarda olacaq? Ümumilikdə nə kimi şou proqramlar nəzərdə tutulub? Bütün bu suallara cavab tapmaq məqsədi ilə SİA paytaxt ərazisində yerləşən restoranlar arasında sorğu keçirib.

Səməd Vurğun keçəsi 934A ünvanında yerləşən Niaqara restoranında 31 dekabr tarixində adam başı qiymətlər 250-300 AZN təşkil edir. Təbii ki, bu qiymətə menyu daxildir. Bayram gecəsinə özəl şou proqramlar təşkil olunub. Niaqaranın səhnəsində tanınmış müğənnillər Sevil-Sevinc, Səidə Sultan, Rauf, Samira, Elvin Babazadə və Fire Band qrupu çıxış edəcək.

Mikayıl Əliyev 7 ünvanında yerləşən Neolit Hall-da isə bayram gecəsi 1 nəfər 300 AZN təşkil edəcək. Bu qiymətə menyu daxildir. Standart menyularımız var. Həmçinin bunlarla yanaşı Bayram gecənizi möhtəşəm və unudulmaz şəkildə keçirtməniz üçün xüsusi olaraq şou proqramlar keçiriləcək. Neolit hall-un səhnəsində fərqli müğənnilər çıxış edəcək.

Baku Castle-da isə 31 dekbar tarixində adam başı qiymət 100 AZN, 4 nəfər 400 AZN, 6 nəfər isə 560 AZN təşkil edir. Meynu sərbəstdir, hər kəsin öz ağız dadına yeməklər seçə bilər. Bayram gecəsi Baku Castelin səhnəsində türkan Vəlizadə, Nurlan Təhməzli, Rəşad İlyasov, Aydın Məmmədli, Yaşar Yusuf və s.başqaları olacaq.

İçərişəhər və Bakıxanovda yerləşən Kah-Kaha restoranında 31 dekabrda 1 nəfər üçün qiymət 100 AZN təşkil edir. Menyu adam başı qiymətə daxildir. Həmin səhnədə ifaçılar Ülvi Nadiroğlu, Kamil Səmədli olacaq. Həmçinin davul şou və rəqqasələrin rəqsidə nəzərdə tutulur.
Kaddeh Baku-da isə qiymətlər adam başı 100 manat təşkil edir. Bütün qiymətlərə menyu daxildir. Yeni il gecəsi səhnədə Elvin Mirzəzadə olacaq eyni zamanda müxtəlif tipli rəqslər və davul şou da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB