Dəm qazından necə qorunmaq olar? - QURUM RƏSMİSİ AÇIQLADI

"Hansısa bir mənzilə və ya otağa oksigen daxil olmadıqda qazda yanma halı düzgün baş vermir". Bu sözləri SİA-ya açıqlamasında "Azəriqaz"ın mətbuat rəhbəri Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, yanma halı düzgün olmayanda artıq ortaya dəm qazı çıxır və nəticədə mərhələli şəkildə insan hiss etmədən orqanizmə təsir edərək ölüm halına gətirib çıxardır. Bu baxımdan biz həmişə tövsiyyə edirik ki, həmin otaqlara qazdan qızdırıcılar qoymasınlar, əgər məcbur olub qoyurlarsa belə ən azından orada tüstü bacası olmalıdır. Eyni zamanda otağın qapılarında da xüsusi dəliklər olmalıdır. Həmin dəliklər vasitəsi ilə otaqa oksigen girə bilir. Oksigen nə qədər həmin otağa daxil olursa, o zaman otaqda dəm qazı az olur.

O ki, qaldı partlayışlara, bu sızmaların nəticəsində baş verir. İnsanlar sızmalarda texniki şərtlərdən kənara çıxırlar, evlərini təmir edərkən müxtəlif yer dəyişmələr edirlər, qaz cihazlarının yerini dəyişirlər, mətbəxlərini dəyişirlər. Bu zaman da mətbəxin yeri dəyişirsə o zaman sızma halları baş verməyə başlayır, dedektor bunu hiss etmir və siqnalizasiya işə düşməyərək partlayış baş verir. Bununla bağlı qurumumuz maarifləndirici tədbirlərini davam etdirir. İstər əhali ilə görüşlərdə, istərsə də sosialyönümlü çarxlarda bu kimi hallardan qaçmağlarına və uzaq durmalarını tövsiyyə edirik. Bu yaxınlarda Xırdalanda da baş verən hadisə onu deməyə əsas verdi ki, mətbəxin yerini texniki şərtdən kənarda dəyişmək, sızmalara, sızmalar da sonda partlayışlara səbəb olur. Biz bunu müxtəlif platformalarda deyirik. Eyni zamanda video-roliklər vasitəsi ilə vətəndaşların maarifləndirilməsini daha da genişləndirəcəyik".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə