Ceyhun Bayramov Oman Kral Ofisinin naziri ilə Yaxın Şərqi müzakirə edib - FOTOLAR
Xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində Omanın Kral Ofisinin naziri general Sultan bin Məhəmməd Əl Nomani ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.
Müzakirələr Azərbaycan-Oman əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərinə yönəlmiş, ticarət, investisiya, təhsil, turizm və humanitar sahələrə xüsusi diqqət yetirilib.
Hər iki tərəf BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın vacibliyini bir daha təsdiqləmiş və çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi davam etdirmək barədə razılığa gəlib.
Tərəflər həmçinin Yaxın Şərqdəki mövcud regional təhlükəsizlik vəziyyətini müzakirə edib və regiona sülh və sabitlik gətirmək üçün birgə səylərin vacibliyini bir daha vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB